Dünyadan

“Bavariya” onu qovdu

Çempionlar Liqasında “Porto”ya məğlubiyyət “Bavariya” rəhbərliyini ayağa qaldırıb.

İdmanxeber.com-un məlumatına görə, Münhen klubunda 1977-ci ildən həkim kimi işləyən Hans-Wilhelm Müller komandadan uzaqlaşdırılıb. Buna səbəb kimi “Porto”yla kritik matça qədər zədəli futbolçuların hazırlanmaması göstərilir.

Qeyd edək ki, “Bavariya” Portuqaliyada “Porto”ya 1:3 hesabı ilə məğlub olmuşdu. Bu matçda Alaba, Riberi, Roben və Şvanştayger kimi futbolçular zədə səbəbindən iştirak edə bilməmişdilər. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43