Kateqoriyasız

Kamran Ağayev oynamadı, komandası mərhələ adlaya bilmədi

Türkiyə Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Kayserispor” səfərdə “Sivasspor”la qarşılaşıb.

Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabıyla başa çatıb. İlk oyunda da oxşar hesab qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. Burda isə sivaslılar 3:1 hesabıyla qalib gələrək, yarımfinala yüksəliblər.

Ağayev bu matçın iştirak ərizəsində yer almayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43