Dünya futbolu

“Bavariya” – “Real” oyunu üçün 200 min müraciət

Çempionlar Liqasının 1/4 final mərhələsində keçiriləcək “Bavariya” – “Real” qarşılaşmasına maraq gözlənildiyi kimi çox böyükdür.

İdmanxeber.com-un məlumatına görə, Münhen klubuna oyuna bilet almaq üçün 200 min müraciət daxil olub. Müraciətləri təmin olunan azarkeşlərin hər birinə 35 -180 avro dəyərində iki bilet satılıb. “Bavariya” qonaqların azarkeşləri üçün 2800 bilet ayırıb. “Santyaqo Bernabeu”da baş tutacaq cavab görüşünə biletlərin qiyməti isə 80 avrodan başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43