Milli komanda

Kamran Ağayevin Almaniyaya qarşı oynayıb-oynamayacağı dəqiqləşdi

Zədə səbəbindən millimizin məşqlərində iştirak edə bilməyən Kamran Ağayevin vəziyyəti normaldır.

İdmanxeber.com-un məlumatına görə, bu barədə AFFA-nın feysbuk səhifəsi xəbər yayıb. Təcrübəli qapıçının zədəsini sağaldaraq kollektivlə məşqlərə qoşulduğu bildirib.

Onun Almaniya ilə oyunda meydana çıxacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43