Dünya futbolu

“Bavariya”da ciddi itki

“Bavariya”nın futbolçusu Duqlas Kosta Almaniya bundesliqasının 25-ci turunda Münhenqladbax “Borussiya”sı ilə oyunu buraxacaq.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb onun zədələnməsidir. D.Kostanın yaxın vaxtlarda həkim müşahidəsi altında olacağı bildirilib. 26 yaşlı yarımmüdafiəçinin nə qədər müddət yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşməyib.

Qeyd edək ki, D.Kosta bu mövsüm “Bavariya”da 27 oyunda 7 qol vurub və 6 qolun ötürməsini verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43