Kateqoriyasız

“Bayer” – “Borussiya” oyununda qalmaqal (VİDEO)

Almaniya Bundesliqasının 22-ci turunda keçirilən “Bayer” (Leverkuzen) – “Borussiya” (Dortmund) oyunu qalmaqalla yadda qalıb.

İdmanxeber.com-un məlumatına görə, görüşün 64-cü dəqiqəsində Dortmund təmsilçisi əks hücum edərək hesabı açıb.

Meydan sahiblərinin baş məşqçisi Roger Şmit rəqibin topu hakimin fiti eşidilmədən oyuna daxil etdiyini əsas gətirərək sərt şəkildə etirazını bildirib.

Arbitr Feliks Şvayer bu hərəkətinə görə Şmiti qırmızı vərəqə ilə cəzalandırsa da, almaniyalı mütəxəssis texniki zonanı tərk etməyib. Referi isə israrla onun texniki zonanı tərk etməli olduğunu bildirib.

Bundan sonra Şvayer “Bayer”in futbolçusu Ştefan Kisslinqi baş məşqçisinin yanına göndərərək ona bu sözləri deməyi tapşırıb. “Baş məşqçinə de ki, ya texniki zonanı tərk etsin, ya da oyunu dayandıracam”.

Bundan sonra da Şmitin qaydalara zidd hərəkət etdiyini görən  referi oyunu dayandırmağı qərara alıb və paltardəyişmə otağına yollanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43