Ölkə futbolu

BBC-nin əməkdaşı “Qarabağ”ın düşərgəsində

Avstriyada təlim-məşq toplanışında olan Son Azərbaycan çempionu “Qarabağ”ın məşqində əcnəbi jurnalist iştirak edib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, BBC-nin əməkdaşı  Steve Menari Ağdam təmsilçisi ilə reportaj hazırlamaq üçün komandanın düşərgəsinə təşrif buyurub.

Klubun strategiyası ilə maraqlanan Menari komanda üzvlərindən müsahibə alıb. Qarabağ probleminin “Qarabağ”la inteqrasiyasını araşdıran ingilis jurnalist xüsusilə klubun heyətində əcnəbilərlə danışıb, fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Menari eyni zamanda dünyada futboldan bəhs edən ilk nəşr olan “World Soccer”lə də əməkdaşlıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43