Kateqoriyasız

“İnter” slovaklarla qarşılaşacaq

Məlum olduğu kimi, hazırda “İnter” Avstriyanın Lutzmannsburq qəsəbəsindı təlim-məşq toplanışı keçirir.

İdmanxeber.com-un məlumatına görə, “bankirlər” sabah Avstriya vaxtı ilə saat 18.00-da Slovakiyanın “Spartak Trnava” komandası ilə qarşılaşacaq. “İnter”in yoxlama oyunlarda üçüncü rəqibi ötən mövsümü 3-cü pillədə başa vurub və Avropa Liqasına vəsiqə əldə edib.

Qeyd edək ki, “İnter”-“Spartak Trnava” matçı Thermenhotel Kurz Lutzmannsburg otelinin meydançasında baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43