Dünya futbolu

Belhanda: “Mən müsəlmanam, terrorist deyiləm”

Bir müddət adı Fənərbaxça ilə anılan Yunes Belhanda ilə əlaqədar Fransada maraqlı hadisə yaşanıb.

İdmanxeber.com-un məlumatına görə, fransız jurnalistin Yunes Belhanda şərhləri ölkəni qarışdırıb. Belhanda haqqında radio verilişdə danışan Daniel Riolo, Belhandanın transfer edilməsini “böyük səhv” adlandırıb.

Səbəb olaraq, “Çox çox ibadət edir. Başqa bir dünyaya keçmiş kimidir”, ifadələrindən istifadə edib.

Bu sözlərdən sonra Belhanda, “Niyə bir futbolçu haqqında belə şeylər danışılır. Mənim müsəlman olmağımın mövzuyla necə bir əlaqəsi var? Mən bir müsəlmanam. Terrorist deyiləm”, açıqlamasını edərək sərt cavab verib.

Yaşananların ardından Riolonun çalışdığı radio, Belhanda və klubu “Nitsa”dan üzr istəyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43