Dünya futbolu

Benzemadan rekord, Anrini geridə qoydu

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Napoli” ilə ev oyununda (3:1) fərqlənən “Real”ın hücumçusu Kərim Benzema özü üçün əlamətdar göstəriciyə imza atıb.

Çempionlar Liqasında vurduğu qolların sayını 51-ə çatdıran fransalı hücumçu həmyerlisi Tyerri Anrini arxada qoyaraq ən çox qol vuran oyunçuların siyahısında 5-ci olub.

Bundan əlavə, 29 yaşlı futbolçu turnirdə ən çox qol vuran fransız oyunçu olub.

Qitənin ən nüfuzlu klub turnirində ən çox qol vuran oyunçuların siyahısına isə Kriştiano Ronaldo başçılıq edir. O, 95 dəfə rəqiblərini məyus edib.

İkinci sırada “Barselona”nın ulduzu Lionel Messi qərarlaşıb. Argentinalının aktivində 93 qol var. Üçüncü sıranın sahibi isə 71 qolla “Real”ın və “Şalke”nin sabiq hücumçusu Rauldu.

Benzema daha bir pillə irəliləmək üçün isə “Mançester Yunayted” və “Real”dakı çıxışı ilə məşhurlaşmış hollandiyalı Ruud Van Nisterloyu (56 qol) arxada qoymalıdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43