Dünya futbolu

“Krasnodar”la matç öncəsi “Fənərbaxça”da ciddi itki

“Fənərbaxça”nın holland futbolçusu Robin Van Persinin Avroliqanın 1/16 final mərhələsində “Kransodar”la ilk oyunda iştirak etməyəcək.

İdmanxeber.com-un məlumatına görə, “Beşiktaş”la kubok oyunundan sonra 3 oyunluq cəza alan Van Persi Rusiyaya yollanmayıb. Rəsmi səbəb onun əzələ zədəsidir.

Çox güman ki, onu əsas heyətdə Emanuel Emenike əvəz edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43