Milli komanda

Berti Foqts: “…mən pis adamam?”

“Matçdan razı qala bilmərəm. Oyunçularda yorğunmluq hiss olunurdu. Rusiya ilə də yoxlama matçımız var. Bu futbolçuları hələ mətbuatda tənqid etməyəcəyəm. Onların özlərinə səhvlərini başa salmağa çalışacağam. Nazarov bizimlər birgə cəmi 3 məşq keçmişdi. Bununla belə, ona 90 dəqiqə şans verdim. Çünki nəyə qadir olduğunu görmək istəyirdim. Rusiya ilə keçiriləcək yoxlama oyununda “Qarabağ” və “Neftçi”nin futbolçularından da istifadə edəcəm”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Özbəkistanla oyundan sonra milli komandamızın baş məşqçisi Berti Foqts deyib.

Foqts millinin start heyətindən yalnız 4 futbolçunun Azərbaycan himnini oxumasına belə münasibət bildirib: “Mən də Almaniya millisində çıxış edəndə himni oxumurdum. Belə çıxır ki, mən pis adamam? Gəlin, vətənpərvərliyimizi, Azərbaycanı sevdiyimizi himnlə göstərməyək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43