Kateqoriyasız

“Neftçi” – “Partizan” matçının biletləri satışa çıxarılır – QİYMƏTLƏR

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Neftçi” – “Partizan” matçının biletləri sabah satışa çıxarılacaq.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, qiyməti sektorlara uyğun olaraq 1, 2, 5, 10 və 50 manat olacaq biletləri saat 12:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun və 8-ci km qəsəbə stadionunun kassalarından əldə etmək mümkün olacaq.

Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43