Kateqoriyasız

Mircəlal Qasımov: “Bu gün biz evdəki kimi oynayırdıq”

Yığma komandamız bu gün Özbəkistan millisi ilə keçirdiyi yoldaşlıq oyunundan 0:0 hesabı ilə ayrılıb. Oyundan sonra keçirilən mətbuat konfransında Özbəkistan millisinin baş məşqçisi Mircəlal Qasımov açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, M.Qasımov oyun haqda bu sözləri deyib:

“ Bu oyun bizim üçün vacib əhəmiyyət kəsb edirdi. Hava isti idi, bu da oyunçular üçün müəyyən çətinlik  törədirdi. Oyun ərzində fərqlənmək üçün şanslarımız da oldu. Azərbaycanda yaxşı futbolçular var. Həm texniki cəhətdən yüksək, həm də ağıllı. Azərbaycan millisi bir neçə epizodda qapımız qarşısında təhlükə yarada bildi”.

Qasımov özbək fanatlara minnnətdarlıq edib: “Bu gün biz evdəki kimi oynayırdıq. Bu səbəbdən də azarkeşlərimizə təşəkkür edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43