İdman

Berti Foqts yeniliklərə qarşı çıxıb əsəbləşdi

Millimizin sabiq baş məşqçisi Berti Foqts Almaniya Bundesliqasında videotəkrarın (VAR) tətbiqinə qarşı çıxıb
İdmanxeber.com-un Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə,  o, Bundesliqanın ilk iki turunda istifadə olunan bu yeniliyi mənasız hesab edib:

“VAR sisteminin indiki formada istifadəsinin heç bir mənası yoxdur.  Bu gözəl idman növünü məhv edə bilmərik. 5-6 ildən sonra heç kim Bundesliqa oyunlarını izləməsə, təəccüblənməyə dəyməz. Biz ona doğru gedirik ki, oyunları heç kim izləməyəcək. Çünki futbol gülünc vəziyyətə düşür”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43