Ölkə futbolu

Berti Foqts Yuri Syominlə görüşdü – FOTO

Antalyada Topaz Premyer Liqasında çıxış edən klubların hazırlıq prosesini və yoxlama oyunlarını izləyən Azərbaycan millisinin baş məşqçisi Berti Foqts bu dəfə “Qəbələ” klubuna ziyarət edib.

AFFA-nın rəsmi saytına istinadən verdiyimiz məlumata görə, “Qəbələ” – “Tobol” (Qazaxıstan) qarşılaşmasını izləyən almaniyalı mütəxəssis daha sonra “qırmızı qaralar”ın baş məşqçisi Yuri Syominlə görüşüb.

Qeyd edək ki, B.Foqts Antalyada olduğu müddətdə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze, “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli, “Simurq”un baş məşqçisi Ceorgi Çixradze, “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev və Türkiyənin “Sivasspor” klubun baş məşqçisi Roberto Karlosla görüşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43