Dünyadan

“Beşiktaş” “Barselona”nın futbolçusunu transfer edir

"Beşiktaş" "Barselona"nın futbolçusu Tomas Vermaleni heyətinə qatmağı planlaşdırır.

İdmanxeber.com-un məlumatına görə, bu barədə xəbəri Türkiyənin nüfuzlu "Fanatik" qazeti yayıb.

"Qara qartal" "Barsa"da əsas heyətə düşməkdə çətinlik çəkən futbolçunu icarəyə götürməyi planlaşdırır.

Kataloniya klubu da belçikalı müdafiəçinin formada qalması üçün icarəyə verməyi planlaşdırır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43