Dünyadan

“Beşiktaş” “Fənərbağça”ya rəqib oldu, “Qalatasaray” isə…

Türkiyə kubokunda qrup mərhələsinin oyunları başa çatıb.

İdmanxeber.com-un məlumatına görə, artıq 1/8 finalda qarşılaşacaq bütün cütlər müəyyənləşib.

Bu mərhələdə erkən finallar aş tutacaq. Belə ki, "Beşiktaş" "Fənərbağça"ya, "Başakşəhir" isə "Qalatasaray"a rəqib olub.

Növbəti mərhələdə aşağıdakı komandalar üz-üzə gələcək:

“Şanlıurfaspor” – “Rizəspor”

“Kasımpaşa” – “Osmanlıspor”

“Gənclərbirliyi” – “Kayserispor”

“Beşiktaş” – “Fənərbağça”

“Tuzlaspor” – “Sivasspor”

“Başakşəhər” – “Qalatasaray”

“Akhisar” – “Gümüşhanespor”

“Konyaspor” – “Ümraniyespor”

Xatırladaq ki, bur mərhələdə qalib bir oyunun nəticəsinə görə müəyyən olunacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları 4-5 fevral tarixində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43