Dünyadan

“Beşiktaş” London klubunun aparıcı futbolçusunu transfer edir

Yanvar ayında "Olympiakos"dan Londonun "Fulhem" klubuna 12 milyon funt sterlinqə transfer olan yunan hücumçu Kostas Mıtroğlu "Beşiktaş"a keçməyə çox yaxındır.

İdmanxeber.com-un məlumatına görə, "qara qartal"ın baş məşqçisi Slaven Biliçin çox istədiyi hücumçu üçün londonlular "Beşiktaş"dan 8 milyon avro  tələb edir..

"Beşiktaş" isə Kostası 1 illik icarəyə götürmək niyyətindədir. 1 illik icarə üçün "Beşiktaş" qarşı tərəfə 1 milyon avro təklif etsə də,  London klubu 2 milyon avro istəyib və artıq klubların razılığa gəldiyi də bildirilir.

Hazırda millisi ilə mundialda olan Kostasın İstanbula gəlib müqavilə bağlanması gözlənilir. 

Kənan

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43