Dünya futbolu

“Beşiktaş”dan Abubakara xəbərdarlıq

“Beşiktaş”ın prezidenti Fikrət Orman komandanın hücumçusu Vinsent Abubakara xəbərdarlıq edib.

İdmanxeber.com-un məlumatına görə, klub prezidenti kamerunlu hücumçuya mövsümün sonuna kimi formasını artırmayacağı təqdirdə göndəriləcəyini bildirib.

Fikrət Orman mövsümün əvvəlində “Portu”dan icarəyə götürülən hücumçunun ilk dövrədəki çıxışından və son iki oyunda qırmızı vərəqə almasından narazı qaldığı vurğulanıb. Bu səbəbdən 25 yaşlı hücumçunun “əjdahalar”a geri göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, Abubakar Avropa Liqasının 1/8 final mərhələsinin “Olimpiakos” (4:1) və Türkiyə Super Liqasının “Antalyaspor”la (0:0) oyunlarda qırmızı vərəqə alaraq, mənfi mənada diqqət mərkəzinə düşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43