Dünyadan

“Beşiktaş”ın futbolçusu “Liverpul”a keçir?

Domaqoy Vida “Beşiktaş”ı tərk edə bilər. 

İdmanxeber.com-un məlumatına görə, dünya çempionatında Xorvatiyanın heyətində əla performans göstərən futbolçunun müştəriləri çoxalır.

İngiltərə Premyer Liqa təmsilçisi “Liverpul” da Vidaya “elçi düşüb”. “Qırmızılar” Xorvatiya millisində Deyan Lovrenlə əla tandem təşkil edən futbolçunu transfer etməkdə israrlıdı. Rəhbərlik Vidanın “Liverpul”da Lovrenlə müdafiə problemlərini həll edəcəyini düşünür. “Beşiktaş”ın xorvatiyalı müdafiəçiyə 13,2 milyon funt-sterlinq qoyduğu qeyd edilir.

Vida ilə “Everton” və “Lester Siti” də maraqlanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43