Dünyadan

Beyl azarkeşlərin hücumuna məruz qaldı, xəstəxanalıq oldu

“Real”ın futbolçusu Qaret Beyl Çempionlar Liqasının yarımfinalında “Yuventus”la cavab qarşılaşmasından sonra azarkeşlərin təzyiqi ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, uelsli futbolçu stadionun kənarında azarkeşlərin hücumuna məruz qalıb.

Xəstəxanaya aparılan Beylin ciddi xəsarət almadığı üzə çıxıb. 

Qeyd edək ki, “Real” – “Yunvetus” görüşü 1:1 hesabı ilə başa çatıb. İlk oyunda 2:1 hesabı ilə qalib gələn Turin təmsilçisi finala yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43