Dünyadan

İlin transfer bombası partlayır: Beyl “Real”dan gedir, yeni komandası bəllidi

“Real”ın ulduz futbolçusu Qaret Beyl yeni mövsümdən “Mançester Yunayted”də çıxış edəcək.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Britaniya mətbuatıə xəbər yayıb.

İngiltərənin “Daily Express” qəzetinin jurnalisti Con Riçardson “qırmızı şeytanlar”ın rəsmi telekanalına açıqlamasında klubun Beylin transfer etdiyini söyləyib. 

Bundan başqa bir neçə mətbu orqan da Beylin Mançester klubu ilə anlaşdığını yazıb.

Qeyd edək ki, Q.Beyl 2013-ci ildə 100 milyon avroya “Real”a transfer olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43