Dünya futbolu

Beyl “Barselona” və “Bavariya”yaqarşı oynayacaq?

Madridin “Real” klubunun baş məşqçisi Zinəddin Zidanın komandanın aparıcı üzvü Qaret Beyli Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Bavariya” ilə qarşılaşmada  əvəzləməsinin səbəbi bəlli olub.

Mütəxəssis uelsi futbolçu zədələndiyi üçün erkən əvəzlənməyə əl atıb.  Matçdan sonra açıqlama verən fransalı çalışdırıcı Beylin zədəsinin ciddi olmaq ehtimalının olduğunu bilidirib. O, qeyd edib ki, tibbi müayinənin nəticəsini gözləyirlər. Ancaq ilkin ehtimala görə, futbolçu “Bavariya” ilə cavab matçında və aprelin 23-də La Liqada “Barselona”ya qarşı keçirəcəkləri matçda iştirak etməyəcək.

Maraqlıdı ki, Beyl ötən gün baş tutan oyunda erkən əvəzləndiyi üçün etirazını da bildirmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43