İdman

Billiatın “Qarabağ”a transferi niyə baş tutmayıb?

Zimbabvenin “Mamelodi Sandaunz” klubunun üzvü Xama Billiatın “Qarabağ”la anlaşa bilməməsinin səbəbi bilinib.

İdmanxeber.com-un məlumatına görə, 27 yaşlı hücumçunun agenti Mayk Nqobeni açıqlamasında bildirib ki, Avropa klubları Billiata istənilən təklifi etməyiblər və o da CAR-ın “Kayzer Çifs” klubunu seçib:

 “İsveç, Çin, Misir, Azərbaycan və Türkiyədən təklif yağırdı. Lakin Xama oynaya biləcəyi və ad qoymaq istədiyi yeri seçmək istəyirdi. Onu hər zaman Zimbabve millisinin aparıcı üzvü kimi görürlər. Təkliflər istədiyimiz kimi deyildi. Biz yanlış addım istəmədik. Buna görə də Avropaya transfer məsələsini bağladıq”.

Qeyd edək ki, “Mamelodi Sandaunz”dan ayrılan Billiat Cənubi Afrika Respublikasının digər təmsilçisi “Kayzer Çifs”ə keçib. Zimbabve millisinin üzvünün burada illik qazancı 450 min dollar olacaq. Xama Avropa və Asiyadan bu rəqəmdə təklif almadığı üçün CAR-da qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43