Kateqoriyasız

Bir futbolçu “Xəzər Lənkəran”ın düşərgəsini tərk edir

Makedoniya millisinin Uels və Şotlandiya yığmaları ilə Skopyedə baş tutacaq seçmə mərhələnin oyunları üçün heyəti açıqlanıb. 

Çedomir Yanevski sentyabrın 6-da Uels, 10-da Şotlandiya ilə oyunlar üçün açıqladığı heyətdə  “Xəzər Lənkəran”ın futbolçusu Nikola Qliqorov da var.

Qeyd edək ki, 30 yaşlı dayaq yarımmüdafiəçisi Makedoniya millisinin əsas heyət üzvlərindən sayılır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43