Ölkə futbolu

“Bizə lazım olanı əldə etdik” – Qurban Qurbanov

Premyer Liqada milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə “Qarabağ” Azərbaycanın U-21 yığması ilə yoxlama oyunu keçirib. Ağdam klubunun heyətində 14 futbolçu milli komandaların düşərgəsində olduğu üçün baş məşqçi Qurban Qurbanov bu matçda ehtiyat qüvvəni sınayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma yığmanın 4:2 hesablı qələbəsi ilə başa çatıb. Matçdan sonra baş “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun saytına açıqlamasında fikirlərini bölüşüb:

“Həmişə hər oyuna maksimum konsentrasiya ilə, diqqətlə çıxmağı istəmişəm və tələb eləmişəm. Ehtiyacımız olan hazırlıq xarakterli matç idi. Fikrimcə, bu qarşılaşmada bizə lazım olanı əldə etdik. Milli komandalarda olan futbolçularımızın zədəsiz qayıtmasını gözləyirik. Aprelin 3-4-nə kimi bir yoxlama oyunu da keçirə bilərik. Bəzi futbolçuların hazırlıq çatışmazlıqları var. Onları və mikrozədələri bərpa etməyə çalışacağıq. Əlimizdə olan futbolçularla hazırlaşıb, gözləyəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43