Kateqoriyasız

“Biz “Neftçi”dən üstün oynamışdıq”

“Neftçi” oyunu şansızlıq oldu. Həmin görüşdə rəqib əsas heyətdən bir neçə futbolçunu oynatmasa da, biz onlardan üstün oynamışdıq. İmkanlarımız da “Neftçi”dən çox idi. Sadəcə, şansızlıqdan qol buraxdıq. Oyun heç-heçə də bitə bilərdi, bir xal qazanmağa layiq idik”.

Bu sözləri İdmanxeber.az saytına “Şamaxı”nın hücumçusu Amil Yunanov deyib. O, “Qəbələ” ilə görqüş haqda da fikirlərini bildirib:

“Həmin oyunda təcrübəsizilik öz sözünü dedi. Ümumilikdə götürsək, yeni komandayıq. Hələ təzə qurulmuşuq. Təbii ki, zamana ehtiyacımız var. “Neftçi”, “Qəbələ” kimi klublar oturuşmuş heyətə sahibdirlər. Artıq neçə illik təcrübələri var. Bizi isə bir ayın komandasıyıq. Elə futbolçular var ki, 1-2 həftdədir komandaya qoşulub. Yenə də mübarizə aparmalıyıq. Əlimizdən gələni etməliyik. “Qəbələ” ilə  ikinci hissə yaxşı oynadıq. İlk yarıda da o cür çıxış etsəydik, nəticəsi olardı. Kifayət qədər gənc oyunçularımız var. Rəhbərlik və məşqçilər heyəti sağ olsun ki, bu oyunçulara güvənir. Ancaq biz də başa düşürük ki, nəticə verməliyik. Ümid edirəm ki, növbəti oyunlarda xallar qazanacağıq.

İki turdakı çıxışımız bir çoxuna yaxşı görsənməyə bilər. Ancaq inannırıq özümüzə, yaxşı oyunlarımız olacaq. Bizə bu gün də hər hansı bir hədəf qoyulmayıb. Sadəcə, lazımınca mübarizə aparmalıyıq. Bunun öhdəsindən gəlməliyik. Futbolda səhvlər olur. Biz bunu minimuma endirməliyik.

Klubun çempionluq, avrokubok hədəfinin olmaması heç nə üçün çıxış edəcəyik anlamına gəlmir. Heyətdə cavan futbolçular, təcrübəli oyunçular var. Hər biri daha yaxşı yerlərdə oynamaq niyyətindədir. İstəyərik ki, “Şamaxı” daha yüksəklərdə olsun. Zamanla düzələcəyik.

Növbəti turda evdə “Səbail”lə qarşılaşırıq. Onlar da bizim kimi iki görüşdə də məğlub olub. Qələbə qazanıb azarkeşlərimizi sevdinrimək istəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43