Kateqoriyasız

Çempionlar Liqası: pley-offa start verilir

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə start veriləcək.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək. Bütün görüşlər Bakı vaxtı ilə eyni saatda başlayacaq.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Norveçdə “Budö Qlimt”in qonağı olacaq. Zədəsini sağaldan 25 yaşlı hücumçunun bu oyunda meydana çıxması gözlənilir.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

16 avqust

23:00. “Budö Qlimt” (Norveç) – “Dinamo” (Zaqreb, Xorvatiya)

23:00. “Kopenhagen” (Danimarka) – “Trabzonspor” (Türkiyə)

23:00. “Reyncers” (Şotlandiya) – PSV (Niderland)

Qeyd edək ki, pley-off mərhələsinin digər 3 oyunu avqustunda 17-də olacaq. Azərbaycan çempionu “Qarabağ” Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandasını qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43