Kateqoriyasız

“Qəbələ”dən 800-cü qol

“Qəbələ” tarixində 800-cü qolu vurub.

İdmanxeber.az xəbər verir ki, bu, Misli Premyer Liqasının 2-ci turuna təsadüf edib.

“Şamaxı” ilə ev oyununda hesabı açan Rövlan Muradov yubiley qolunun müəllifi olub.

“Qırmızı-qaralar” klubun yarandığı 2005-ci ildən Qəbələ şəhər stadionundakı matçadək 799 dəfə fərqlənmişdi. Şamaxının eyniadlı klubuna 3:1 hesabı ilə qalib gələn komanda qollarının ümumi sayını 802-yə çatdırıb.

“Qəbələ”nin 800-cü qolu 614-cü rəsmi matça təsadüf edib. Komandanın vurduğu 802 topdan 448-i evdə, 352-si səfərdə, 2-si neytral meydanda qeydə alınıb.

“Qırmızı-qaralar” Premyer Liqada 571, ölkə kubokunda 120, birinci dəstədə 72, avrokuboklarda 39 dəfə rəqib qapısına yol tapıb.

Xatırladaq ki, klub tarixində ilk qol 2005-ci il sentyabrın 21-də vurulub. Birinci dəstənin “Şərur”la ev matçının 23-cü dəqiqəsində rəqib oyunçu İlqar İbrahimov avtoqol müəllifi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43