Ölkə futbolu Premyer Liqa

Bölgə klubu Portuqaliyalı futbolçudan gələn xəbərə üzüldü

Premyer Liqanın 15-ci turu çərçivəsində “Kəpəz” “Sabah”ı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, Gəncə klubu paytaxt təmsilçisi ilə matça ciddi itki ilə çıxacaq. Komandanın əsas heyət üzvu Latir Fal “Sabah”la oyunda “Kəpəz”ə kömək edə bilməyəcək. Buna səbəb portuqaliyalı futbolçunun “Səbail”lə oyunda aldığı zədədi. O, ən yaxşı halda XVI turda komandaya kömək edə biləcək.

Qeyd edək ki, dekabrın 3-də keçiriləcək “Kəpəz” – “Sabah” oyunu saat 15:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43