Dünya futbolu

Bonuççi “Milan”la 5 illik müqavilə imzaladı

“Yuventus”un futbolçusu Leonardo Bonuççinin “Milan”a keçidi rəsmiləşib.

İdmanxeber.com-un məlumatına görə, 30 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Bu transfer üçün “Milan” “Yuventus”a 40 milyon avro ödəyəcək.

Qeyd edək ki, L.Bonuççi 7 il idi  “Yuventus”da oynayırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43