İdman

Bordin biabırçı məğlubiyyəti şərh etdi: “Bir növ şoka düşdük”

“Qapımızda gördüyümüz ilk iki qoldan sonra çox çətin oldu. Müdafiəçilərin səhvindən sonra üçüncü qolu da buraxdıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib.

“Ağ-qaralar” Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Macarıstanın “Uypeşt” komandasına böyük hesabla (4:0) məğlub olub və iki oyunun nəticəsinə görə mübarizəni dayandırıb.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən italiyalı mütəxəssis fikirlərini bildirib: “Buraxdığımız üç qoldan sonra geri dönüş etməyə cəhd etsək də, qapımızda növbəti qolu gördük. Komandanı düzgün motivasiya edə bilməmişdik və bu, bizim səhvimiz idi”.

Bordin yarımmüdafiə xəttinin gözlənilən futbolu sərgiləyə bilmədiyini söyləyib: “Dediyim kimi, buraxıklan qollar bizə təsir etdi, bir növ şoka düşdük. Yarımmüdafiəçilərimizdən belə oyun gözləmirdim. Bəlkə də səhvim idi ki, komandanı yüksək toplarla oynatmadım”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43