Dünya futbolu

“Borussiya”dan rusiyalı üçün 40 milyon

Dortmund “Borussiya”sı qış transfer pəncərəsində heyətini gücləndirmək niyyətində olub.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniya klubu Aleksandr Qolovini heyətinə qatmaq istəyib. Dortmund təmsilçisi oyunçu üçün 40 milyon avro təklif etsə də, rusiyalı bundan imtina edib.

O,  Monako ilə müqaviləsini uzatmaq qərarına gəlib. Qolovin Fransada qalmaqdan xoşbəxt olduğunu bildirib. 

Futbolçunun klubu ilə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub. Aleksandr bu mövsüm Liqa 1-də 26 matçda 6 qol vurub və 6 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43