Dünya futbolu

UEFA AVRO-2024 üçün milyonlar verir

UEFA AVRO-2024-ə qatılacaq komandaların mükafatlarını bəlirləyib.

İdmanxeber.az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, Almaniyada keçiriləcək Avropa çempionatına qatılan ölkələr büdcələrinə kifayət qədər ciddi vəsait qoyacaq.

Belə ki, turnirə vəsiqə qazanan hər komanda 9,25 milyon avro qazanacaq.

Hər qələbəyə 1,5 milyon, heç-heçəyə isə 750 min avro ödənilir. Qrupdan çıxmağı bacaranlara əlavə olaraq 2 milyon avro veriləcək.

1/4 finala vəsiqə qazanan komanda isə 3,25 milyon avro qazanacaq.

UEFA Avropa çempionu olan komandaya 10, ikinci yerin sahibinə isə 7 milyon avro ilə mükafatlandıracaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43