Dünya futbolu

“Borussiya”ya azarkeş cəzası

Almaniya Futbol İttifaqı “Borussiya”ya cəza tətbiq edib.

İdmanxeber.com-un məlumatına görə, buna dortmundlu bəzi azarkeşlərin rəqib komandalara qarşı təhqiramiz bannerlər açması səbəb olub.

Qərara əsasən, “Borussiya”nın stadionunun Cənub tribunası bir oyunluq – “Volfsburq”la matç üçün qapadılıb.

Qeyd edək ki, bu tribunada daha çox Dortmund klubunun radikal azarkeşləri toplaşır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43