Dünya futbolu

“Qalatasaray”ın yeni baş məşqçisi müəyyənləşdi

“Qalatasaray”ın yeni baş məşqçisinin adı məlum olub.

İdmanxeber.com-un məlumatına görə, komanda rəhbərliyi “Kardemir Karabükspor”un xorvatiyalı baş məşqçisi İqor Tudor ilə razılığa gəlib. “Qalatasaray”ın İqor Tudor ilə 1,5 illik müqavilə imzalayacağı gözlənilir.

Xorvatiyalı mütəxəssis 1978-ci il aprelin 16-da Split şəhərində doğulub. Hazırda Türkiyə Super Liqasında mübarizə aparan “Kardemir Karabükspor” komandasının baş məşqçisidir.

Qeyd edək ki, 2013-ci ildən 2016-ci ilədək “Hayduk”un baş məşqçisi olan Tudor 2016/2017-ci il mövsümünün əvvəlində “Kardemir Karabükspor” ilə müqavilə imzalayıb.

Xatırladaq ki, Super Liqanın son turunda öz meydanında “Kayserispor”a uduzmasından sonra “Qalatasaray” rəhbərliyi hollandiyalı baş məşqçi Yan Olde Riekerinki vəzifəsindən uzaqlaşdırmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43