Ölkə futbolu

“Böyük oyun”: Lənkəranlı fanatlar sürpriz vəd etdilər

Premyer Liqanın 20-ci turunda keçiriləcək "Xəzər Lənkəran" – "Neftçi" matçına sayılı günlər qalıb. Oyuna həmişəki kimi maraq böyükdür. 

Lənkəranda baş tutacaq "Böyük oyun"a futbolçularla yanaşı azarkeşlər də ciddi hazırlaşır. Ev sahibi komandanın ən böyük fanat qrupu "Caspian Ultras" bu matçı səbirsizliklə gözləyir.

Fan qrupun rəhbəri Ramal Novruzov idmanxeber.com-a açıqlamasında prinsipial matça necə hazırlaşdıqları barədə məlumat verib:

"Hazırlıqlarımız istədiyimiz kimi gedir. İşlərimiz oyuna 2 gün qalmış tamamlanacaq. "Caspian Ultras" Azərbaycanda heç bir zaman görülməmiş bir şou göstərəcək. Bu oyunda Lənkəran və Astara filiallarımız da bizə qoşulacaq".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43