Ölkə futbolu

“Bu oyun üçün itkilərimiz çoxdur” – “Kəpəz”in legioneri

“Kəpəz” klubu Antalyada təlim-məşq toplanışını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, Gəncə klubu dünən yoxlama oyunu çərçvəsində Serbiyanın “Novi Pazar” klubu ilə qolsuz heç-heçə edib.

Görüşün ardından “Kəpəz” futbolçuları “CBC Sport” kanalına hazırlıqla bağlı fikirlərini bildiriblər:

Giorgi Kantarya: “Hazırlıqlarımız ciddi şəkildə davam edir. Komandada yaxşı əhval ruhiyyə var. Çempionatın ikinci yarısında daha yaxşı olmaq üçün çalışırıq. Bugünkü yoxlama oyununda güclü rəqibə qarşı oynadıq. Üzərimizə düşən işi layiqincə gördük”.

Yeqor Xvalko: “Toplanışı başa vurmaq üzrəyik. Cəmi bir oyunumuz qalıb. İki görüşdə fərqli heyətlə çıxış etdik. Fasilədən sonra ilk oyunumuz “Qəbələ”yə qarşıdır. Bu oyun üçün itkilərimiz çoxdur. Bu səbəbdən də yoxlama matçlarının birində “Qəbələ”yə qarşı çıxacağımız heyətlə oynadıq. Yaxşı və gənc komamdamız var. Fasilədən sonra özümüzü daha fərqli göstərmək istəyirik”.

Nicat Süleymanov: “Yoxlama görüşlərində nəticə o qədər də vacib deyil. Ancaq yenə də yaxşı çıxış etdik. İlk görüşdə qalib gəldik, ikinci oyunda isə heç-heçə etdik. Üçüncü matçda da qələbə istəyirik. Bizi qarşıda ağır çempionat oyunları gözləyir. Bütün gücümüzlə ona çalışırıq. Hər şey qaydasındadır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43