Dünya futbolu

“Qarabağ”ın rəqibi Polşa millisinin üzvünü transfer etdi

Belçikanın “Gent” klubu Polşa millisinin futbolçusu Kamil Pyatkovskini heyətinə cəlb edib.

İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı “Zalsburq”lu futbolçu mövsümün sonuna qədər icarə əsasında komandada çıxış edəcək. Pyatkovski Polşa millisinin də üzvüdür.

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə üz-üzə gələcək. Komandaları fevralın 16-da və 23-də qarşılaşacaqlar. İlk oyun Bakıda, cavab matçı isə Gentdə baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43