Ölkə futbolu

“Bu oyuna görə futbolçulara təşəkkür edirəm” – Qurban Qurbanov

“İlk oyun bir qədər ağır olur. Hər bir komanda turnirə yaxşı başlamaq istəyir. Hər kəs diqqətli və yaxşı hazırlaşır. Baxmayaraq ki, son dəqiqələrdə qol vurduq, futbolçulardan razı qaldım. Belə oyunlarda son dəqiqəyə kimi oynamaq çox vacibdi. Əslində bu matç bir növ bizim üçün təcrübə oldu. Futbolçulara deyiləcək söz yoxdu. Ağır oyun oldu. Öndə olmalı idik, amma məğlub olurduq. İkinci qol onlara pis təsir etdi. Amma sonda özlərinə gəlib qol vura bildilər. Hər bir xal çox önəmlidi. Bu oyuna görə futbolçulara təşəkkür edirəm. Burada zəif komanda yoxdu, asan oyun yoxdu”.

İdmanxeber.com-un məlumatına görə, bu sözəri “Qarabağ”ın baş məqşçisi Qurban Qurbanov Avropa Liqasının birinci turunda “Slovan”la keçirilən matçdan (2:2) sonraki mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavabıandırıb:

– Hakimliklə bağlı nə deyə bilərsiz?

– Açığı, hamımıza elə gəldi ki, hakimin qüsurları çox idi. Oyuna baxsaq, daha düzgün olar. Rəqib elə bir komandadı ki, ilk növbədə heç kimə oynamağa imkan vermirlər. 90 dəqiqə hər bir oyunçuya yaxın oynayırlar. Belə komandaya qarşı oynamaq çətindi.

– Sanki bu gün Kintananın günü deyildi…

– Ola bilər bəzi qüsurlar var idi. Amma oyunu öz üzərinə götürdü. Son dəqiqələrdə bir qədər ötürmələrində dəqiqlik olmadı. Ümumilikdə razı qaldım. Nəzərə almalıyıq ki, ilk oyun ağır olur.

– Rəşad Sadıqov hər dəfə hücumda olanda ya təhlükə yaranır, ya da qol olur. Olmazmı daha çox hücuma qoşulsun?

– Rəşad lazım olan anda daha çox hücum edir. Onu hiss etmək lazımdı. Buna da Rəşadın təcrübəsi imkan verir. İlk növbədə düşünməlidilər ki, müdafiəçidilər. Hər dəfə hücuma getsə, arxada dah çox problemlər olur.

– Reynaldo bu mövsümdə avrokuboklarda cəmi bir qolu var və o hücumçudu. Son bir ildə əvvəlki Reynaldonu görə bilmirik. Razılaşırsınızmı bununla?

– Reynaldodan daha yaxşı oyun gözləyirik. İstəyirik ki, daha yaxşı oyun olsun. 6 aydan yuxarı zədəsi oldu. Ondan sonra bərpa olub və heç də pis təsir bağışlamır. Hücumçu qol vurmayanda mənfi halı çox görünür. Əlimizdən gələni edirik ki, onu yaxşı formada saxlayaq düşünürəm ki o, əlindən gələni edir. Təhlükəli hücumçulara qarşı müdafiəçilər daha diqqətli our. Bunu da nəzərə almaq lazımdı. Hər bir məşqçi Reynaldoya qarşı yaxın oynamağı tapşırır. Qol epizodları da oldu. İstifadə etsəydi, özünə inam yaranardı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43