Kateqoriyasız

“Bu vəziyyətdə üzr istəmək bir məna kəsb eləmir” – Mahir Emreli

“İndi nəsə demək çətindir. Bu, “Legiya” tarixində bir ilkdir. Həddindən artıq çox oyun uduzduq. Daha əvvəl belə bir seriyanın olduğunu xatırlamıram”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Polşanın “Legiya” klubunun futbolçusu Mahir Emreli çempionatda “Visla”ya (Plotsk) uduzduqları oyunu şərh edərkən deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Döyüşdük, amma xeyri olmadı. Səbəbinin nə olduğunu bilmirəm. Kimsə desə ki, biz döyüşmürük, bu fikirlə razı deyiləm. Top iki metrdən qapıya girmir.

Daha nə deyəcəyimi bilmirəm. Ancaq üzr istəyə bilərəm. Bu vəziyyətdə üzr istəmək bir məna kəsb eləmir.

İlin sonuna kimi iki oyunumuz var, diqqətimizi cəmləyib qələbə qazanmalıyıq. Hər kəsdən bir daha üzr istəyirəm”.

“Legiya” Polşa Ekstraklasasında sonuncu sıradadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43