Kateqoriyasız

“Qarabağ” Ukraynadan hücumçu transfer edir

“Qarabağ” heyətini yeni hücumçu ilə gücləndirir.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi Ukraynanın “Minay” klubunun futbolçusu Rüstəm Əhmədzadə ilə maraqlanır. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Azərbaycan milli komandasının da üzvü olan Rüstəmin “Minay”la artıq vidalaşdığı və qış transfer pəncərəsi dövründə “Qarabağ”la müqavilə imzalayacağı bildirilib.

Əhmədzadə Azərbaycan millisində 5 oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43