Dünyadan

Budaq Nəsirovun komandası “Akademika”ya qarşı

Bu gün Portuqaliya Sequndasında XX turun son oyunu keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, millimizin üzvü Budaq Nəsirovun formasını geyindi “Sportinq”in B komandası səfərdə “Akademika”nın qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Nəsirov bu oyunda forma geyinmək şansı qazanacaq.

Qeyd edək ki, gənc futbolçu Lissabon təmsilçisinin heyətində 11 oyun keçirib və 1 qol vurmağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43