Dünyadan

Budaq Nəsirovun “Sportinq”də növbəti şansı

Bu gün Portuqaliya Sequndasında XXIII tura yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın üzvü Budaq Nəsirovun formasını geyindiyi “Sportinq”in B komandası doğma azarkeşləri önündə “Kovilya” klubunu qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq

“Sportinq”in əsas üzvü olan gənc yarımmüdafiəçi bu oyunda da start heyətdə olacaq.

Qeyd edək ki, Nəsirov “Sportinq”in heyətində 14 oyun keçirib. Budaq geridə qalan matçlarda 1 qol vurmağı da bacarıb.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43