Bundesliqada mart ayının ən yaxşı oyunçusu bəlli olub.
İdmanxeber.az məlumat verir ki, “Ştutqart”ın forvardı Serhou Quirassi ötən ayın ən yaxşı oyunçusu seçilib. O, martda 4 oyuna çıxıb və 5 qol vurub.
Qvineyalı forvardın komandası isə bu 4 oyunda 10 xal qazanıb.
Quirassi bu mövsüm ümumilikdə Bundesliqada 24 oyunda 25 dəfə fərqlənməyi bacarıb.