Kateqoriyasız

“Bunu klub prezidenti etməlidir” – “Neftçi”nin Müşahidə Şurasının üzvü

Yaxın günlərdə “Neftçi” klubunun Müşahidə Şurasının (MŞ) iclası keçiriləcək.

İdmanxeber.az xəbər verir ki, bu barədə MŞ üzvü Zaur Qəhrəmanov bildirib. Onun sözlərinə görə, toplantıda digər məsələlərlə bərabər komandanın son nəticələri haqqında məlumat veriləcək:

“Daha sonra klub tərəfindən açıqlama olacaq”.

Qəhrəmanov, baş məşqçi Samir Abasov barədə sosial şəbəkədə yazdığı şərhə də aydınlıq gətirib:

“Sosial mediada yazılanlar mənim şəxsi fikrimdir və qeyri-rəsmidir. Samir Abasov “Neftçi”nin baş məşqçisidir, onun işinə rəsmi qiymət vermək MŞ-nin işi deyil. Bunu klubun prezidenti etməlidir”.

Zaur Qəhrəmanov “Neftçi”nin Azərbaycan Premyer Liqasında 9-cu tur matçında “Qarabağ”a 0:4 hesabı ilə uduzduğu oyundan sonra sosial şəbəkədə Samir Abasovu nəzərdə tutaraq, “o, maksimum Musiqili Komediya Teatrında səhnə quraşdıra bilər” şərhini yazıb. (Report)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43