Dünya futbolu

Canluici Buffon: “Lester”ə uduza bilərik”

“Yuventus”un qapıçısı Canluici Buffon maraqlı açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli qolkiper açıqlamasında Çempionlar Liqasının 1/4 finalında  İngiltərə çempionu “Lester”lə qarşılaşmaq istəmədiyini bildirib:

“1/4 finalda “Lester”lə qarşılaşmaq istəməzdim. “Lester” təhlükəli komandadır. Onlar istənilən rəqibə başağrısı ola bilər. Biz “Lester”ə uduza bilərik”, – deyə qlikiper açıqlamasında bildirib.  

Qeyd edək ki, 1/4 finala yüksələn komandalar “Real”, “Bavariya”, “Barselona”, “Borussiya” (Dortmund), “Yuventus”, “Lester”. “Atletiko” və “Monako”dur. 1/4 finalın püşkatma mərasimi martın 17-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43