Kateqoriyasız

Cavid Hüseynovla bağlı vəsatət rədd edildi

“Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynova bəraət verilməsi üçün onun vəkili Adəm Məmmədovun Bakı Şəhər Prokurorluğuna təqdim etdiyi vəsatətə baxılıb.

İdmanxeber.com-un “Report”a istinadən yaydığı xəbərə görə, bu barədə A.Məmmədov məlumat verib.

Bakı Şəhər Prokurorluğuna təqdim edilən vəsatət təmin olunmayıb, vəsatət rədd edilib.

Xatırladaq ki, C.Hüseynovun vəkili A.Məmmədov jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı açılmış cinayət işinə görə həbs edilmiş “Qəbələ” klubunun sabiq kapitanına bəraət verilməsini istəyib.

Qeyd edək ki, C.Hüseynovun adı jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi işində keçir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43