Ölkə futbolu

Cavid Hüseynovun məhkəməsində vəkil bəraət istədi

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
 
İdmanxeber.com-un Lent.az-a istinadən yaydığı xəbərə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə vəkil Adəm Məmmədov çıxış edərək müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib. 
 
 
Cavid Hüseynova çıxışında günahsız olduğunu deyib. 

Prosesdə Cavid Hüseynovun ailəsi ikinci vəkil tutub. Bundan sonra İlqar Musayevdə Cavid Hüseynovu müdafiə edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43